Koronavirusdan dünyasını dəyişən şagird haqda Səhiyyə və Təhsil nazirlikləri açıqlama verib

Total
0
Shares
Foto 31 nömrəli məktəbin Facebook profilindən
Foto 31 nömrəli məktəbin Facebook profilindən

Bu gün, 13 oktyabr tarixində Səhiyyə və Təhsil nazirlikləri koronavirusdan həyatını itirən sumqayıtlı şagirdlə bağlı açıqlama verib.

Kamil Əsgərov 9 oktyabr saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri ilə daxil olmuşdur. Məktəbliyə COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı və piylənmə diaqnozları qoyulmuşdur.

Açıqlamada bildirilir ki, Kamilin 5 gün müddətində ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib. Nəticədə, klinikada aparılan müalicə tədbirlərinə baxmayaraq, şagird kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib.

Kamil Əsgərov Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbin 9 “b” sinif şagirdi idi.