Kotec qəsəbəsində yol çala-çuxurdur. Sumqayıt24 bu haqda 21 noyabr tarixində xəbər verir.
Ötən ildən Mirzə Fətəli Axundov küçəsində, yolun 4-cü Polis Bölməsindən 8 nömrəli məktəbədək hissəsində iri çalalar var. Sürücülər buradan keçərkən çətinliklə qarşılaşırlar, gecə saatlarında isə ziyana düşürlər.
Bundan əlavə, yağış yağdıqda çöküntülər su ilə dolur. İnsanların, məktəbə gedən uşaqların hərəkəti məhdudlaşır.