Kros qaçışı üzrə turnirin qalibləri müəyyənləşiblər

Total
0
Shares
Kros qaçışı üzrə turnirin qalibləri müəyyənləşiblər
Foto Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi

Sumqayıt bulvarında uşaq, yeniyetmə və gənclər arasında kros qaçışı üzrə birincilik keçirilib. Bu haqda 26 iyul tarixində Sumqayıt24 xəbər verir.

Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ildönümünə həsr olunmuş yarışa 60-a yaxın iştirakçı cəlb olunub.

Yekun nəticəyə əsasən, yeniyetmələr arasında Nihad Bilalzadə I yer, Ömər İsmayıl II yer, gənclər arasında Xalid Ələsgərov I yer, Nicat İsgəndərli II yer və Akif Nəcəfli III yeri qazanıblar.

Qaliblər təşkilatçı olan Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlarla təltif olunublar.