Novxanıda törətdiyi qəza nəticəsində 4 nəfərin ölümünə səbəb olan “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin məhkəmə prosesi başlayıb. Bu barədə Report-a istinadən xəbər veririk.
Hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Kəlbəliyevin vəkili vəsatət qaldırıb. Məhkəmə onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.
Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmənin ilkin baxış iclası 20 oktyabra təyin olunub.
Daha öncə, məhkəmənin hazırlıq iclasının təxirə salınması barəsində xəbər vermişdik.