Lüdviqshafen şəhərinin nümayəndə heyəti şəhərimizlə yaxından tanış olub

Total
0
Shares
Lüdviqshafen şəhərinin nümayəndə heyəti şəhərimizlə yaxından tanış olub
Foto ŞİH

Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyətinin Sumqayıt səfəri çərçivəsində silsilə tədbirlər təşkil olunub. Bu haqda 3 iyun tarixində Sumqayıt24 ŞİH-yə istinadən xəbər verir.

Səfər çərçivəsində qonaqlar şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrində olublar. Onlar, həmçinin Şəhidlər xiyabanında, Nəsimi parkında, Sumqayıtın Tarixi Muzeyində, Bayraq Muzeyində və dənizkənarı bulvarda olub, şəhərdə görülmüş işlərlə yaxından tanış olublar.

İcra başçısı Zakir Fərəcov, Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruk, nümayəndə heyətlərinin üzvləri iki şəhərin dostluğunun simvolu sayılan Lüdviqshafen istirahət parkında aparılan yenidənqurma işləri ilə maraqlanıblar. Qonaqlar burada şəhər sakinləri ilə söhbət edib, özfəaliyyət kollektivlərinin çıxışlarını izləyib, ağac əkiblər.