MİDA-nın Bakıdan kənarda ilk layihəsi: Sumqayıtda 143 mənzil satılıb

Total
0
Shares
Depositephoto
Depositephoto

Sumqayıt şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi 144 mənzildən 143-ü satılıb. Bu barədə MİDA məlumat yayıb.

Satışa çıxarılan binalar 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşir. “Sosial ev”lərə sahib olmuş vətəndaşların 48-i müəllim, 44-ü hərbi qulluqçu, 16-sı məcburi köçkün və ona bərabər tutulan şəxs, 1-i şəhid ailəsinin üzvü, 34-ü qalan kateqoriyalardan olan şəxslərdir.

Bu MİDA-nın Bakıdan kənarda ilk layihəsidir.