Dünən gecə saatlarında məişət tullantıları poliqonunda yenidən yanğın baş verib. Tüstü səhər saatlarına kimi müşahidə edilib.
“Bu gecə yenə o dəhşətli iy boğdu bizi. Səhərə kimi pəncərələri, hər yeri bağlamışıq ki, pis qoxu evə dolmasın. Amma xeyri olmadı, ağzımız hələ də zəhər kimidir”- sakinlərin biri forumda bildirdi.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib: “dünən gecə saatlarında tullantı kütləsinin yanması nəticəsində şəhərə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə xoşagəlməz qoxunun, tüstünün yayıldığı müşahidə edildi. Biz dəfələrlə poliqonun rəhbərliyini cəzalandırmışıq. Lakin edilən cərimələrə baxmayaraq, problem hələ də həllini tapmır”.
Poliqonda yanğın iyul ayının ortalarından başlayıb.