Əmək və Əhalinin sosial müdafiəsi naziri Vətən müharibəsi iştirakçıları və şəhidlərin yaxınları olan nazirlik əməkdaşları ilə görüş keçirib. Görüşdə Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşı olan Sahil Həsənli də iştirak edib. Bu barədə Nazirlik məlumat yayıb.
Torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirak edən Sahil Həsənli 5 medala layiq görülüb.
Videokonfrans zamanı nazir Sahil Babayev 44 günlük müharibədə nazirliyin 73 əməkdaşının medallarla təltif olunduğunu qeyd edib.
Bu ilin may ayında H.Z.Tağıyev qəsəbəsində yaşayan qazimiz Sahil Həsənli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən işlə təmin edilmişdir.