Əməkdar idman ustası Rəfael “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb

Total
0
Shares
Foto Rafael Agaevin Resmi Facebook profilindən
Foto Rafael Agaevin Resmi Facebook profilindən

İlham Əliyevin 12 avqust sərəncamı ilə Rəfael Ağayev Azərbaycan idmanının inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Sərəncama əsasən, “Tokio-2020” Olimpiya Oyunlarında ikinci yeri tutan idmançıya 100.000 manat, məşqçisinə isə 50.000 manat dəyərində mükafat verilir.

Zakir Fərəcov Rəfael Ağayevi Olimpiyada yüksək nəticə əldə etməsi münasibəti ilə təbrik edib. Şəhər rəhbəri idmançıya xatirə hədiyyəsi təqdim edib.

“Tokio-2020″də Rəfael Ağayev 75 kiloqram çəki dərəcəsində finalda italiyalı Luici Busa ilə qarşılaşıb.  Nəticədə idmançımız gümüş medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir