Magistraturaya qeydiyyat üçün lazımi sənədlərin siyahısı

Total
0
Shares
Sumqayıt Dövlət Universitetinin magistratura səviyyəsinə qeydiyyat üçün lazımi sənədlərin siyahısı açıqlanıb
Freeepik

Sumqayıt Dövlət Universitetinin magistratura səviyyəsinə qeydiyyat üçün lazımi sənədlərin siyahısı açıqlanıb. Sumqayıt24 bu haqda 21 iyul tarixində xəbər verir.

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsinə qəbul olmuş şəxslər ali təhsil müəssisələrinə qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış şəxsi kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Proses 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00-dək davam edəcək.

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Şəxsiyyət vəsiqəsi;
  2. Bakalavr diplomu və diploma əlavə;
  3. Cari ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
  4. 4 ədəd 3×4 sm ölçülü fotoşəkil;
  5. Tibbi arayış;
  6. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqını gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəyə bilərlər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatları daxil etməklə ödəniş edilir;
  7. Ödənişli əsaslarla qəbul olunmuş imtiyazlı şəxslər (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar) müvafiq təsdiqedici sənədin notarial qaydada təsdiq olunmuş surətini gətirməlidirlər.

Göstərilən sənədlər ipli qovluqda avqustun 2‑dək (şənbə və bazar günləri istisna olmaqla) SDU-nun Doktorantura və magistratura şöbəsinə (Əsas bina, II mərtəbə, 243№-li otaq, saat 10:00-dan 16:00-dək) təqdim olunmalıdır.

Əlaqə telefonu: (018) 642-12-63.