Məktəblimiz üzgüçülük yarışında 1-ci yeri tutub

Total
0
Shares
Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin şagirdi üzgüçülük yarışında iştirak edib
Foto Sumqayıt şəhər 4 nömrəli tam orta məktəb

Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin şagirdi üzgüçülük yarışında iştirak edib. Bu haqda 3 iyun tarixində Sumqayıt24 adıçəkilən məktəbə istinadən xəbər verir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş yarışda mübarizə aparan 3e sinif şagirdi Tuncay Qasımzadə 1-ci yerə layiq görülüb. Məktəbli medal və diplomla təltif olunub.