Sumqayıtda sakin mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda 3 iyun tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in “112” qaynar xəttinə vətəndaşın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.