Sumqayıtda vətəndaş mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda 22 iyul tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
FHN-in “112” qaynar xəttinə 1 nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar xilasedicilər çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.