Sumqayıtlı cüdoçu İlham Zəkiyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) Ümumi yığıncağında iştirak edib.
Videokonfrans şəklində baş tutan görüşdə ARMPK-nin vitse-prezidenti Sumqayıt Paralimpiya İdman Komitəsinin direktoru Yaşar Hacıyev da iştirak edib.
ARMPK-nin prezidenti İlqar Rəhimov və digər iştirakçılar görüşün əvvəlində şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükütla yad ediblər. Müzakirəyə çixarılan mövzulardan biri Tokio-2020 Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş, 4 bürünc medal qazanan millimizin yüksək nəticələri idi.
Həmçinin, konfransda 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına hazırlıq prosesi barədə məlumat verilib.