Qızlardan ibarət U-16 millimiz basketbol üzrə Avropa birinciliyində iştirak edib. Sumqayıt24 bu haqda 24 iyul tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Andorrada təşkil olunan çempionatda “C” divizionunun qalibi olan yığma komandamız ev sahibinə 57:45 hesabı ilə qalib gələrək qitə çempionu olub.
Turnirdə millimizin tərkibində 11 nömrəli forma ilə Sumqayıt basketbol məktəbinin yetirməsi Səlminaz Ramazanlı çıxış edib. S.Ramazanlının məşqçiləri Mərdan Əşrəfov və Rasim Bəşirovdur.
Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilkdir.