“Murov Qartalı”nın adı beynəlxalq cüdo yarışına verilib

Total
0
Shares
Turnirə şəhid, “Murov Qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun adı verilib
Foto açıq mənbələrdən

Turnirə şəhid, “Murov Qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun adı verilib. Sumqayıt24 bu haqda 17 noyabr tarixində xəbər verir.

“Raquf Orucov Kuboku” Azərbaycan Cüdo Federasiyası (ACF) və “Judo Club 2012” İctimai Birliyi tərəfindən Bakı İdman Sarayında təşkil olunub. Beynəlxalq yarışda 6 ölkənin 48 komandasının 173 cüdoçusu mübarizə aparır.