Narkotik dövriyyəsində şübhəli bilinən Sumqayıt sakini M.Səfərov və tanışı E.Qurbanov Biləsuvar polisi tərəfindən saxlanılıb. Bu barədə 2 avqust tarixində DİN-in mətbuat xidməti məlumat verib.
Keçirilən əməliyyat zamanı Səfərov və Qurbanov bölməyə gətiriliblər. Səfərovun üzərində 40 qrama yaxın metamfetamin (“patı”) və 50 qramdan artıq heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə, iyulun 31-də Sumqayıtın Corat qəsəbəsində bir neçə nəfərin üzərində heroin aşkarlanmışdır və həmin insanlar saxlanılmışdır.