Narkotik alveriylə məşğul olan Sumqayıt sakini saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Məmmədov tutulub. Onun üzərinə baxış zamanı 7 qram heroin, 11 qram metamfetamin və elektron tərəzi aşkar edilib.
Bundan əvvəl, Sumqayıtda narkotik alveriylə məşğul olan 8 nəfər saxlanılmışdır. Tutulanların arasında adam öldürdüyünə gorə 21 il məhkum olunmuş “Kriti Vüqar” kimi tanınan Vüqar Şirinovda var idi.