Sumqayıtda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Bu haqda 20 noyabr tarixində Sumqayıt24 xəbər verir.
YAP Sumqayıt şəhər təşkilatı tərəfindən təşkil olunan müxtəlif qurum və təşkilatların rəhbər şəxsləri, şəhid və qazi övladları, “Sumqayıt” Futbol Klubunun mütəxəssisləri və partiya fəalları iştirak ediblər.
Aksiya zamanı Nəsimi adına Mədəniyyət və İstirahət parkında 300-dən çox çinar və şam ağacları əkilib, ərazidə olan ağaclara aqrotexniki qulluq göstərilib.