“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində görüş baş tutub

Total
0
Shares
Foto arti.edu.az
Foto arti.edu.az

Sumqayıtda keçirilən “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində görüş təşkil olunub. Bu barədə bu gün 27 sentyabr tarixində Azərbaycan Respublikası Təhsil İnstitutu məlumat yayıb.

Burada baş tutan görüş zamanı şagirdlər üçün interaktiv məşğələlər təşkil edilib. Valideynlərlə görüşlərdə isə inklüzivlik, inklüziv təhsilin əhəmiyyəti, hüquqi bazası və dəyərləri, əlilliyin tibbi və sosial modeli, həmçinin əlilliklə bağlı düzgün terminologiya və valideynlərin inklüziv təhsildə rolu kimi mövzular müzakirə olunub.

Sumqayıt şəhərində əlilliyi olan uşaqlara keyfiyyətli təhsilin verilməsi üçün 4 və 21 nömrəli tam orta məktəblərdə inklüziv siniflər təşkil olunub. Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.