Bu gün, 5 noyabr tarixində “Azəriqaz” yenidən Novxanıda “Açıq mikrofon” aksiyasını təşkil edəcək. Bu barədə “Azəriqaz” öz rəsmi Facebook səhifəsində məlumat yayıb.
Saat 11:00-dan 13:00-a qədər İstehsalat Birliyinin rəhbərliyi Novxanı kəndində (Dəmiryolu stansiyasının yanı) sahibkarları qəbul edəcək və onları maraqlandıran sualları cavablandıracaq. Təklif və problemlər aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Daha öncə, 5 avqust tarixində Novxanıda “Açıq mikrofon” aksiyası keçirilmişdir.