Novxanı bağları: “Kanalbatan” adlanan ərazinin yolları pis vəziyyətdədir

Total
0
Shares
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az

Novxanı bağlarında “Kanalbatan” adlanan ərazidə yollar baxımsız vəziyyətdədir. Bu səbəbdən buraya Təcili Tibbi Yardım maşınları gəlməkdə çətinlik çəkirlər.

Sumqayıt24-ün oxucularının verdiyi məlumata əsasən, həmin ərazidə asfalt örtüyü ümumiyyətlə yoxdur. Yolun üzərinə kiçik çınqıl daşlar səpilib. İlin ən çox yağıntı olan aylarında bura sakinlər və sürücülər üçün tamamilə keçilməz olur. Hətta elə olub ki, Təcili Tibbi Yardım buranı basmış su və yaranan palçıq üzündən cağırış ünvanına çətinliklə çatıb.

Onlar əlavə ediblər ki, ərazidə səpələnən tullantılar səbəbindən ətrafı xoşagəlməz qoxu bürüyüb.