“Novxanı bağları”nın bir hissəsində sakinlər internetə qoşula bilmirlər

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

“Novxanı bağları”nın bir hissəsində yaşayan vətəndaşlar internet problemi ilə üzləşiblər. Bu haqda onlar Sumqayıt24-ə məlumat veriblər.

Onların sözlərinə görə, həmin problem “bağların” el arasında “21A nömrəli marşrut yolu və ya karvan yolu” kimi tanınan ərazisində mövcuddur. Burada ərazi internetlə təmin olunsa da, sakinlər uzun müddətdir ki, internet şəbəkəsinə qoşula bilmirlər.

“Yaxınlıqda internet-telefon xətti olsada, interneti heç cur evlərimizə çəkdirə bilmirik. Bu səbəbdən şagirdlər onlayn dərslərə qoşula bilmirlər. Mobil internet paketlərini almağa məcbur qalırlar. Bu isə ay ərzində çoxlu xərc tələb edir.”,- deyə, sakin bildirib.