Novxanıda 64 kiloqram narkotiklə tutulan şəxslərə hökm oxunub

Total
0
Shares
Depositphotos
Depositphotos

Novxanıda ümumi çəkisi 64 kiloqram narkotiklə saxlanılan şəxslərin Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu haqda Sumqayıt24 APA-ya istinadən xəbər verir.

Belə ki, Novxanıdakı bağ evindən heroin, marixuana, tiryək, metadon “həbləri” və psixotrop maddə olan metamfetamin (patı) aşkar edilən Nadir Babayev 16 il 6 ay, onun cinayət yoldaşı Müşfiq Mirzəyev isə 17 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Məlumata əsasən, Mirzəyev narkot vasitələrin İrandan qanunsuz yolla Azərbaycana gətirilməsini təşkil edib və tanışı Nadir Babayevin bağ evinə gətirərək gizlədib.