Novxanıda “Azəriqaz” İB-nin baş tutan “Açıq mikrofon” aksiyasında sakinlər öz müraciətlərini bildiriblər

Total
0
Shares
Foto Azəriqaz İB
Foto Azəriqaz İB

Novxanıda “Azəriqaz” İB-nin təşkil etdiyi “Açıq mikrofon” aksiyası zamanı sakinlərin problem və müraciətləri dinlənilib. Bu haqda qurumun rəsmi Facebook səhifəsində bildirilib.

Görüşdə “Azəriqaz”ın baş direktorunun satış üzrə müavini Rəşad Cavadov və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Məlumata əsasən, əvvəllər İB-nin abonenti olmuş, daha sonra isə qazdan istifadə etmədiyi üçün qaz təchizatı dayandırılmış sakinlər onlara məxsus istixanalara təbii qazın yenidən verilməsini istəyiblər.

Burada, “Səyyar qəbul otağı”nın imkanlarından tek sahibkarlar yox, həmçinin abonentlər də istifadə ediblər. Vətəndaşlar payız-qış mövsümündə qaz təzyiqinin aşağı olmasını bildiriblər.

Sonda bildirilib ki, ünvanlanan şikayətlərin, yaranan problemlərin həlli üçün bütün müraciətlər qeydə alınıb.

Foto Azəriqaz İB
Foto Azəriqaz İB 1