Novxanı kəndində 150 kv.m tikilidə yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Hadisə zamanı, bir dam altında inşa edilən taxta sexi, gözəllik salonu və toyuq hinindən ibarət tikilinin taxta konstruksiyaları yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürməyə nail olublar.
Qeyd edək ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.