Novxanı bağlarında qətl hadisəsi baş verib. Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə sentyabrın 29-da gecə saat 03:00 radələrində R.Əlixanova məxsus bağ sahəsində baş verib. Əlixanov həyətinə girən 40-45 yaşlı kişini külünglə öldürüb, ondan sonra meyiti yaxınlıqdakı bağ evinin həyətində basdırıb.
Hüquq-mühafizə orqanları tərəfindən aşkar olunan meyit ekshumasiya edilib, şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. R.Əlixanov isə şübhəli şəxs qismində saxlanılıb.
Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.