Novxanı: qəsəbədə qaz xəttlərinin inşası yekunlaşır

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən 9 avqust tarixində Novxanıda keçirilən “Açıq mikrofon” aksiyası öz bəhrəsini verdi. Bu haqda “Azəriqaz”ın sayında bildirilib.

Bundan əvvəl, Novxanıda təbii qazın verilməsində problemlər yaranmışdır. Lakin, “Açıq mikrofon” aksiyası zamanı yerli sakinlərin irad və şikayətləri dinlənildi, təklifləri dəyərləndirildi. Görulən işlər zamanı 855 metr uzunluğunda müxtəlif diametrli polad borularla səkilən qaz xəttinin inşası yekunlaşıb və artıq tamamlanma işləri aparılır. Nəticədə bir ay ərzində qəsəbədə mövcud olan təbii qaz problemi demək olar ki tamamilə aradan qaldırıldı.

“Biz qaz görmürdük. Neçə ildir ki bizdə qaz yox idi. Bu səbəbdən qış ayları yaxınlaşanda təşvişə düşürdük. Müracıətlərimizin nəticəsində “Azəriqaz” “Açıq mikrofon” aksiyasını keçirməyə qərar verdi. Aksiya zamanı bizə iki həftə ərzində bu problemin həll olunacağını vədd edildi və sonunda verilən söz yerinə yetirildi”,- Novxanı sakini bildirdi.