Sumqayıt ətrafı çimərliklərdə dəniz suyunun keyfiyyətinin analizi keçirilib. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib.
Məlumata əsasən, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları sudan nümunələr götürərək mikrobioloji və fiziki-kimyəvi təhlillər aparıb.
Keçirilən monitorinqin nəticəsinə görə Novxanı çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir, Corat çimərliklərində isə suyun bakterioloji cəhətdən çirkli olması müəyyən olunub.