Novxanıda bir nəfər dənizdə batıb. Bu haqda 6 avqust, gecə saatlarında Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib.
FHN “112” qaynar telefon xəttinə Novxanı kəndi ərazisində Xıdırov Aqşin adlı şəxsin nəzarətsiz ərazidə batması barədə məlumat daxil olub.
Xilasedicilər dərhal hadisə yerinə cəlb olunub. Keçirilən tədbirlər zamanı batmış şəxsin meyiti dənizdən çixarılaraq aidiyyətı üzrə təhvil verilib.
Həmçinin avqustun 6-sı, FHN-i tərəfindən “Nardaran 2” və “Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsiylə üzləşən 2 nəfər xilas edilib.