Novxanıda 1 nəfər dənizdə boğulub

Total
0
Shares
Pixabay
Pixabay

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə 21 iyulda Novxanı kəndi ərazisində bir nəfər dənizdə batıb. 

Qeyri-çimərlik ərazidə batan şəxsin kimliyi məlum deyil. Axtarışa FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

İyulun 20-də FHN Xilasetmə Xidməti tərəfindən “Mərdəkan”, “Nardaran”, “Xaçmaz” sularda xilasetmə məntəqələrində qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir