Novxanıda dənizdə batan şəxsin axtarışları yekunlaşıb

Total
0
Shares
Envato
Envato

Novxanıda dənizdə batmış gəncin meyitinin axtarışları başa çatıb. Bu barədə 10 avqust, gecə saatlarında Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, daha öncə nazirliyin “112” qaynar xəttinə Novxanıda dənizin nəzarətsiz ərazisində 22 yaşlı Vidadi Abbasovun batması barədə zəng daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu dərhal hadisə yerinə cəlb olunub. Axtarış nəticəsində Abbasovun meyiti sudan çıxarıllb və aidiyyəti üzrə təhvil verilib.

6 avqust, gecə saatlarında Novxanı kəndi ərazisində Xıdırov Aqşin adlı şəxs nəzarətsiz ərazidə batmışdı. Xilasedicilər Xıdırovun meyitin dənizdən çixararaq aidiyyətı üzrə təhvil vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir