Oğurluq edən Sumqayıt sakini saxlanılıb

Total
0
Shares
Envato
Envato

Sumqayıtda oğurluq edən şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin saytında bildirilib.

3-cü Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı şəhər sakini M.Rüstəmov tutulub. O, şəhər ərazisində iki avtomobildən pul, eynək, tütün məmulatı, maqnitofon və 2 ədəd səsgücləndirici oğurlamaqda    şübhəli bilinir.

Həmçinin, Sumqayıtda 17-ci və 18-ci mikrorayonlarda silsilə oğurluq hadisələri qeydə alınıb.