Bakıda oğurluqda şübhəli bilinən Sumqayıt sakini və daha 2 şəxs saxlanılıb. Bu haqda APA, bu gün 4 sentyabr tarixində məlumat yayıb.
Polisin keçirdiyi əməliyyat zamanı Sumqayıt şəhər sakini C.Cavadzadə, Lənkəran rayon sakinləri İ.Rüstəmzadə və əvvəllər məhkum olunmuş Ş.Əhmədzadə tutulublar. Onlar 1 sentyabr tarixində Bakı sakini Ü.Salmanovaya məxsus 18.300 manat dəyərində darvaza və dəmir barmaqlıqlar oğurlamaqda şübhəli bilinirlər.