Sumqayıtdakı cinayətin təfərrüatları açıqlanıb. Sumqayıt24 bu haqda 9 noyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, 41-ci məhəllədə 13 yaşlı oğlan bıçaqlanıb. O, dostları ilə həyətdə oynayarkən elə həmin binanın birinci mərtəbəsində yaşayan 85 yaşlı Şahhüseyn Qəmbərovun hücumuna məruz qalıb. Ayağından yaralanan yeniyetmə xəstəxanaya çatdırılıb. Müayinədən sonra onun müalicəsinin ev şəraitində davam etdirilməsinə qərar verilib.
İddialara görə, Şahhüseyn Qəmbərovun məhəllədəki digər uşaqlarla da mübahisəsi olub.
Sumqayıt şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılır.