Paralimpiya oyunlarında yüksək nəticələr göstərən sumqayıtlı idmançılar prezident tərəfindən mükafatlandırılıb

Total
0
Shares
Foto olympics.com
Foto olympics.com

Tokio-2020 oyunlarında yüksək nəticələr göstərən Sumqayıtlı paralimpiaçılar müxtəlif dərəcəli ordenlərlə mükafatlandırılıblar.

Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları qeyd olunan idmançılar təltif olunublar:

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

  • lham Zəkiyev (cüdo-bürünc medal)
  • Xanım Hüseynova (cüdo-qızıl medal)
  • Şəhanə Hacıyeva (cüdo-qızıl medal)
  • Vüqar Şirinli (cüdo-qızıl medal)

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

  • Namiq Abaslı (cüdo-bürünc medal)
  • Səid Nəcəfzadə (yüngül atletika-bürünc medal)

 

İdmançılar və onların məşqçiləri üçün :

  1. birinci yeri tutan idmançıya 200.000, məşqçisinə 100.000 manat;
  2. ikinci yeri tutan idmançıya 100.000, məşqçisinə 50.000 manat;
  3. üçüncü yeri tutan idmançıya 50.000, məşqçisinə isə 25.000 manat məbləğində mükafatlar ayrılıb.