Paralimpiya oyunlarında cüdoçularımızın rəqibləri bəlli oldu

Total
0
Shares
Foto Tokyo-2020 official
Foto Tokyo-2020 official

Sumqayıtlı cüdoçular İlham Zəkiyev (+100 kq) və Namiq Abbaslının (-66 kq) Tokio-2020 Paralimpiya oyunlarındaki rəqibləri bəlli oldu.

27-29 avqust tarixlərində keçiriləcək cüdo yarışlarının ilk görüşündə 2 qat Paralimpiya çempionu İlham Zəkiyev Böyük Britaniyalı Cək Hocsonla üz-üzə gələcək. Digər idmançımız paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turnirinin qızıl mükafatçısı Namiq Abbaslı isə Serxio İbanyes Banon (İspaniya) və Luis Xabdiel Peres (Puerto Riko) cütlüyünün qalibi ilə qarşılaşacaq.

Daha öncə, cüdoçu Ramil Qasımovdan götürülən Covid-19 testinin nəticəsi pozitiv çıxdığı üçün Zəkiyev, Abbaslı və digər 9 idmançı yoxlanılıb. Onların PCR test nümunəsi neqativ çıxsa da, onlar müvəqqəti karantinə yerləşdirilmişdilər. Lakin onların yarışlara buraxılacağı bildirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir