“Payız əfsanələri 2021”: sumqayıtlı tələbə respublika üzrə birinci yeri qazandı

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

“Payız əfsanələri 2021” beynəlxalq incəsənət və rəqs müsabiqəsində Sumqayıt Musiqi Kollecinin tələbəsi birinci yeri qazanıb. Bu barədə Moderator.az məlumat yayıb.

Sumqayıtlı tələbə İmranlı Fərid 16-25 yaş kateqoriyasında respublika üzrə birinci yerə layiq oldu. “Qələbə-Zəfər yolu” mövzusunda təşkil edilən müsabiqədə Fərid İmranlı tarda Adil Bəbirovun “Konsert-pyesi” əsərini ifa edib. Fərid İmranlının müəllimi Ayaz İmranov, konsertmeyster Sevinc Süleymanova olub.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən yarışma Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə ba tutub.