Sumqayıt Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi yekunlaşmaq üzrədir. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, Sumqayıt üzrə 22 sentyabr tarixinədək ümumi işçi heyətin 95%-i vaksinasiyada iştirak edib.
Qeyd edək ki, Azərbaycanda Peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesi mart ayının sonunda başlamışdır.