Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı“ günü keçirilib. Bu haqda 3 iyun tarixində Sumqayıt24 Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.
Tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər, əyləncəli oyunlar təşkil edilib. İştirakçılara mərkəzdə tədris olunan ixtisaslar, peşə istiqaməti, qəbul qaydaları haqqında ətraflı məlumat verilib.
Tədbirin təşkil edilməsində məqsəd “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin icrası, məktəblilərin gələcəkdə müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmasıdır.