Peşəkar ekspertlərin iştirakı ilə “İnkişafdaSƏN!” forumu baş tutacaq

Total
0
Shares
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "İnkişafdaSƏN!" adlı forum keçiriləcək
Foto Sumqayıt Gənclər Klubu

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “İnkişafdaSƏN!” adlı forum keçiriləcək. Bu haqda 21 noyabr tarixində Sumqayıt24 xəbər verir.

Forum 3 dekabr saat 12:00-da baş tutacaq. Qonaq qismində “SAF Farma Pharmacy&Marketing”in İnsan Resursları departamentinin rəhbəri Fəridə Hüseynova, Dövlət Məşğulluq Agentliyinin Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı, psixoloq, yazar, təlimçi Fidan Nizamova və araşdırmaçı, neyromarketinq eksperti Orxan Şahbaz çıxış edəcəklər.

Burada aşağıdakı mövzular müzakirə olunacaq:

  • Özünü tanı, seçimi öz əlində saxla;
  • Bizi nə dəyərli edir;
  • Biznes psixologiyası;
  • Danışanda üzümə bax.

Qeydiyyatdan link (https://forms.gle/NnRMphuDdophxssWA) vasitəsilə keçmək mümkündür.

Layihə Ocaq İctimai Birliyi, Sumqayıt Gənclər Klubu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.