Sumqayıtda “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilir. Bu haqda 25 iyul tarixində Sumqayıt24 məlumat verir.
Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan düşərgədə “Mübarizlər”, “Aslanlar”, “Canavarlar”, “Şahinlər” və “Əqrəblər” komandaları iştirak edir. Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən müxtəlif hərbi təlimlər və hərb oyunları keçiriləcək.
Düşərgədə müxtəlif bölgələri təmsil edən qazi, qazi övladları, aztəminatlı ailələrin övladları da daxil olmaqla 85 gənc birincilik uğrunda mübarizə aparacaq.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, şanlı Zəfər tarixinin təbliği məqsədilə keçirilən layihə hərbi simulyativ formatda təşkil olunub.