Polis qoyun oğrularını saxlayıb

Total
0
Shares
Novxanıda 5 baş qoyun oğurlanıb
Depositphotos

Novxanıda 5 baş qoyun oğurlanıb. Sumqayıt24 bu haqda 16 noyabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Hadisə noyabrın 5-nə keçən gecə yardımçı təsərrüfatda baş verib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Laçın rayon sakini B. Allahverdiyev və Bakı şəhər sakini E. İsmayılovu saxlayıblar.

Araşdırma aparılır.