Polşa Təhsil Sisteminin İnkişafı Fondunun nümayəndə heyəti gənclərlə görüşüb

Total
0
Shares
Polşanın Təhsil Sisteminin İnkişafı Fondunun nümayəndə heyəti Sumqayıta səfər edib
Foto Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

Polşanın Təhsil Sisteminin İnkişafı Fondunun nümayəndə heyəti Sumqayıta səfər edib. Bu haqda 26 iyul tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Qonaqlar Sumqayıt Gənclər Evində, “Sağlam Düşüncə” Gənclər Təşkilatının ofisində və gənclər üçün sosial məkan olan “Yuxu” antikafesində olublar.

Nümayəndə heyəti ilə müzakirələr zamanı gənclər təşkilatlarının, region könüllülərinin Avropa İttifaqının layihələrində iştirak imkanları və region gənclərinin beynəlxalq səviyyədə təmsilçiliyinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2 il müddətində Sumqayıtdan seçilmiş gənclərə Avropa İttifaqının gənclər proqramlarında iştirak imkanları yaradılacaq və daha çox gəncin cəlb edilməsi üçün layihələr üzərində çalışmalar aparılacaq.