Premyer Liqanın 5-ci turunda “Sumqayıt” və “Qəbələ” komandaları üz-üzə gəliblər

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Azərbaycan Premyer Liqasının 5-ci turunun son oyununda “Sumqayıt” və “Qəbələ” futbol klubları qarşılaşıb.

Görüş Sumqayıtda, “Kapital Bank Arena” stadionunda FIFA referisi Elçin Məsiyevin idarəçiliyi altında keçirilib. Matç 0-0 hesabı ilə bitib.

Beləliklə, bu oyundan sonra “Sumqayıt” klubu 7 xalla 5-ci pilləyə yüksəlib.