Prezident İlham Əliyev Sumqayıtda səfərdə olub

Total
0
Shares
Foto president.az
Foto president.az

Prezident İlham Əliyev bu gün, 3 sentyabr tarixində Sumqayıt şəhərində səfərdə olub. O, bir sıra dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edib.

Prezident ilk öncə şəhərin mərkəzində yerləşən Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Daha sonra İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin, Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının, həmçinin Sülh prospektində yerləşən Sumqayıt Məhkəmə Kompleksinin və şəhərin 4-cü mikrorayonunda yeni tikilən 20 nömrəli məktəbin açılış tədbirində iştirak edib. Həmçinin, prezident Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.