Bu il Prezident təqaüdünə layiq görülən Sumqayıtda yerləşən məktəblərin məzunlarının sayı açıqlanıb. Bu haqda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi öz saytında məlumat paylaşıb.
Beləliklə, Respublika üzrə ümumilikdə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 15-i Sumqayıt məktəblərinin məzunlarıdırlar.
Ümumilikdə Sumqayıtlı məzunlardan 150 nəfəri 600-dən çox balla ali təhsil müəssisələrinə qəbul olunub. Təqaüdçülər sırasında I-ci ixtisas qrupu üzrə 697 bal toplayaraq ölkə birincisi olan Əbil Şəfiyev və III-cü ixtisas qrupu üzrə ən yüksək 680 bal toplayan Fuad Quliyevdə var.
Qeyd edək ki, Prezident təqaüdü 210 manat təşkil edir.