Qəsdən adam öldürən Sumqayıt sakininin məhkəməsi başlayır

Total
0
Shares
Envato
Envato

Sumqayıt şəhər sakini Vahid İmanlının almış xəsarətlər nəticəsində ölməsi faktı üzrə cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda bu gün, 21 sentyabr tarixində Baş Prokurorluq məlumat yayıb.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, 2021-ci ilin iyunun 6-da İlkin Muxtarovla Vahid İmanlının arasında mübahisə yaranmışdır. Nəticədə Muxtarov İmanlının müxtəlif bədən nahiyələrinə çoxsaylı zərbələr endirərək onu qəsdən öldürmüşdür.

Cinayət işi üzrə istintaq yekunlaşıb. Məhkəmənin qərarı ilə, İlkin Muxtarova qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbs qətimkan tədbiri seçilib.