Sumqayıtda “Kontakt Home”un açılışı olacaq. Sumqayıt24 bu haqda 15 noyabr tarixində xəbər verir.
Qafqazın ən böyük elektronika və mebel mağazasının rəsmi açılışında bol əyləncə, musiqi, hədiyyələr və 70%-dək ilin ən böyük endirimləri gözlənilir.
Dördmərtəbəli mağazada 30.000-dən çox çeşiddə məhsullar satılacaq. Burada müxtəlif brend zonaları, uşaq zonası, “Delonghi” qəhvə zonası və pulsuz Wi-Fi zonası da mövcuddur.
Qeyd edək ki, açılış noyabrın 16-sı saat 17:00-da Sumqayıt şəhəri, 2-ci mikrorayonunda (“Cavid Mall” ticarət mərkəzi ilə üzbəüz) keçiriləcək.