“Qara bəyin yeri”, “Umacıq”, “Dovşan yatağı” və Sumqayıtın digər tarixi adları

Total
0
Shares
İndiki Sumqayıt vaxtilə Corat sakinlərinin ixtiyarında olub
Foto Sumqayıt24

İndiki Sumqayıt vaxtilə Corat sakinlərinin ixtiyarında olub. Sumqayıt24 bu haqda Xeberle.com-a istinadən xəbər verir.

Qəsəbə sakinləri hazırkı mikrorayon və məhəllələrin ərazilərindən örüş, əkin, ya da digər məqsədlər üçün istifadə ediblər. Müvafiq olaraq həmin yerlərə xüsusi adlar da verilirdi. Həmin tarixi adları təqdim edirik:

  • 17 və 18-ci mikrorayonlar – “Umacıq”;
  • 12-ci mikrorayon – 42 məhəllə – “Abdul yeri”;
  • 6 və 13-cü mikrorayonlar – “Möməli yeri”;
  • 9-cu mikrorayon – “Dağmaçı yeri”;
  • 11-ci mikrorayon – “Qara bəyin yeri”;
  • 17-ci mikrorayon, 53-cü məhəllə, bağlara birləşən sahə – “Dovşan yatağı”;
  • Sumqayıt qəbiristanlığı – “Araba duzdaşıyan yeri”;
  • Saray qəsəbəsinə gedən yol – “Grım pirinin yeri”;
  • Körpünün sol tərəfi, şoranlıq sahə – “Şor yer”;
  • Superfosfat zavodunun ətrafı – “Zöhrab zəmi”;
  • Aşqarlar zavodunun yanı (“Ximkombinat”ın yerində) – “Təkə qumu” (qumsal bir torpaq olub, iki iri buynuza bənzədiyi üçün belə adlanıb);
  • H.Z. Tağıyev qəsəbəsinin ərazisi – “Qızıl qum”;
  • H.Z. Tağıyev qəsəbəsində aeroportun ərazisi – “Hacağaminin örüş yeri”;
  • H.Z. Tağıyev qəsəbəsi ilə Yaşmanın arası – “Hacı Xalıqın yeri”;
  • Kotec qəsəbəsinin ərazisi (Təzə və Köhnə) – “Hacı Dərəsi”;
  • Dəmiryolunun yerləşdiyi ərazi – “Abasəli zəmi”.

Qeyd edək ki, 17-ci mikrorayondakı dayanacağın başlanğıc yeri “Təsdim” (Təslim) adlanırdı. Belə bir fakt var ki, monqollar Teymurun vaxtında Corat ərazisinə hücum edib, lakin döyüşərək geri çəkiliblər. Nəticədə onlar məhz bu ərazidə məğlub olublar.